-
10 ildən artıq müddətdə müxtəlif cins, yaş və etnik qruplardan olan, özünəməxsus sifət cizgilərinə malik xəstələr üçün həyata keçirilən çoxsaylı follikulyar saç əkimi əməliyyatları
-
Eksklüziv olaraq bizim əməliyyatlarda həyata keçirilən FUE texnikası üzrə ixtisaslaşma. Dünyanın ən irəlidə gedən, FUE texnikası istifadə edən klinikaları sırasında olmaqdan qürur duyuruq.
-
Doktor Koray Erdoğanın layihəsi əsasında hazırlanmış və yoxlanmış, FUE texnologiyası üçün əl pançı adlanan eksklüziv alətin istifadə olunması
-
Dünyanın məşhur FUE klinikaları ilə yaxından əməkdaşlıq
-
“Bir Addım” DES adlı çıxarılma texnologiyası və innovativ FUE texnikasının həyata keçirilməsi bu sahənin dünya ekspertləri tərəfindən çox yüksək qiymətləndirilir. Bizim texnologiya 2013-cü ilin mayında Madriddə keçirilən seminarda canlı olaraq nümayiş etdirilmişdir. Saç əkimində böyük təcrübəyə malik, yüksək səviyyəli ekspert Dr. Lorensonun bizim texnika haqqında fikirləri belədir:
“Noyabr, 2012-ci il. Dr. Lorenso Dr. Koray Erdoğanın İstanbulda yerləşən Asmed klinikasına təşrif buyurdu. Dr. Koray Erdoğan və onun asistenti Dilek xanım həyata keçirdikləri effektiv saç kökü (qrefti) çıxarılması texnologiyası sayəsində saç əkimi üzrə dünya səviyyəli komanda elan olundu.
Klinikada olduğum müddətdə bütün kollektivin mehribanlığı və qonaqpərvərliyi üçün təşəkkür edirəm. Doktor Koray Erdoğanı 2013-cü ilin mayında Madriddə keçiriləcək “2-ci Aralıq Dənizi Seminarı”nın müəllim heyətində iştirak etməyə dəvət edirəm.”
-
Eksklüziv olaraq əl pançı istifadə etməklə 2 əməliyyat günü ərzində 4500 transplantın FUE üsulu ilə çıxarılması.
-
Çıxarılmış bütün transplantların effektiv istifadəsi üçün donor zonanın planlaşdırılması.
-
Nəticədə maksimal təbiiliyə nail olmaq və xəstənin dərisinə zərər verməmək üçün Lateral Slit nöqtəvi kəsiklər texnikasının effektiv istifadəsi
-
Hər bir xəstənin özünəməxsus profilinə əsaslanaraq lazer texnologiyası vasitəsilə ön saç xəttinin dizaynı və əməliyyatın planlaşdırılması
-
İnternetdə bizim həyata keçirdiyimiz işlə əlaqədar çoxsaylı dokumentasiya mövcuddur.
-
Əməliyyata qədər, əməliyyat sırasında və sonra xəstənin bir çox dillərdə danışan çoxsaylı kollektivimiz tərəfindən müşayiət olunması
Bizim qiymətlər və xidmətlər
Əməliyyatın qiyməti: 2.5 evro - 1 qreft, yəni transplant (hər bir əkilmiş follikulyar saç kökü). Qiymətlər Türkiyə də daxil olmaqla bütün ölkələr üçün eynidir.
Xidmətlər: 300 evro. Bu xidmətlər hər bir xarici vətəndaş üçün faydalıdır. Hər xəstəyə hava limanından klinikaya və ya otelə, həmçinin əksinə transfer, konsultasiya və əməliyyat zamanı şəxsi assistent və tərcüməçi, əməliyyat günlərində xəstə və onun yanında gələcək adam üçün klinikada yemək və post operativ period üçün gərəkli bütün medikamentlər təmin olunur.
PRP: 300 evro (məsləhət görülür) PRP xəstənin öz qanından alınaraq xüsusi aparatda qanın tərkibindəki trombositar zərdabdan əldə olunur. Bu prosedur 70-ci illərdən etibarən istifadə olunur, yaraların tez sağalması və regenerasiya prosesinə kömək edir. PRP və onun faydaları haqqında məlumat verildikdən sonra bu prosedurun istifadə olunması xəstənin öz seçiminə buraxılır.
Qiymətlər standartdır və endirim təklif olunmur. Endirim sadəcə başında böyük yanıq izləri olan xəstələr və digər xüsusi hallarda istisna olaraq edilir.
İstanbula necə gəlmək olar?
İstanbula olan uçuşları tapmaq üçün aşağıdakı saytları təklif edirik:
http://www.turkishairlines.com/en-az/
Siz büdcənizdən asılı olaraq istədiyiniz səviyyədə səyahət seçə bilərsiniz. İstanbula gəldiyiniz andan etibarən klinikamız sizi transfer, otelə yerləşdirmə və tərcüməçi ilə təmin edəcəkdir.
Bizim Xidmətlər və Qiymətlər
Yerləşdirmə
Biz öz xəstələrimizə onların istəyinə uyğun olaraq maksimal komfort təklif etmək istəyirik.Bunun üçün aşağıdakı variantlar mövcuddur.
ASMED klinikasında yerləşən Lyuks otaqlar
Klinikada yerləşdirmə - Klinika standartlarına uyğun hər bir rahatlığı olan 2 otağımız mövcuddur.(WiFi, sputnik televiziyası, şəxsi vanna otağı, qidalanma). Siqaret çəkənlər üçün balkonu olan otaq təklif edirik.
Qiyməti – 120 evro
Otel *** - Nice royal Otel
Otel Asmed klinikasının yaxınlığında yerləşir və rahat otaqlar təklif edir. WiFi mövcuddur, səhər yeməyi qiymətə daxildir.
Qiyməti – 50-80 evro
Otel ***** - İstanbul Marriot Hotel Asia
http://www.marriott.com/hotels/travel/istmc-istanbul-marriott-hotel-asia/
Otel Asmed klinikasının yaxınlığında yerləşir və hər cür rahatlığı olan lyuks otaqlar təklif edir – sputnik televiziyası, WiFi, pulsuz minibar mövcuddur.
Qiyməti – 150 evro
ASMED klinikasında yerləşən Lyuks otaqlar

