top of page

Doktor Koray Erdoğan 1994-cü ildə Hacettepe üniversitetinin (Ankara şəhəri) tibb fakultəsini bitirmiş və məcburi tibbi xidmətini Kastamonuda tamamlamışdır. Daha sonra o, İstanbul şəhəri Marmara üniversitetinin torakal cərahiyyə fakültəsində təhsilini davam etdirmiş və koronar intensiv terapiya şöbəsində çalışmışdır.

 

Saç əkimi sahəsində fəaliyyətə 2000-ci ildə müxtəlif özəl klinikalarda saç əkimi cərrahlarına asistentlik edərək başlamışdır.

 

Asmed adlı öz şəxsi klinikasını 2001-ci ildə İstanbulda birinci assistenti Dilek xanımla berabər açmışdır.

 

FUE texnikasını 2004-cü ildən etibarən tətbiq etməyə başlamışdır.(həm FUT, həm FUE texnikalarını birləşdirməklə) 2005-ci ildə FUE xəstələrinin FUT xəstələrlə müqayisədə daha məmnun olduğunu aşkar etdi, buna səbəb minimal travma və qısa saç kəsimində izlərin daha az bəlli olması idi. 

Dr. Koray Erdoğanın Bioqrafiyası

 

 

Hal-hazırda doktor Koray Erdoğan İstanbulda yerləşən ASMED Tibb Mərkəzində 4 həkim və 20 tibb bacısı ilə bərabər FUE texnikasını tətbiq etməklə fəaliyyət göstərir. Onun xəstələrinin böyük əksəriyyəti xarici ölkələrdən - 90 %-i İtaliya, İspaniya, Almaniya, Fransa, İsveç, Kanada, ABŞ və Avstraliya kimi ölkələrdən gəlirlər.

 

 

          Üzv olduğu təşkilatlar:

 

  • ESHRS – Avropa Saç Bərpası Cərrahiyəsi Təşkilatı (2005-ci ildən üzvdür)

  • ISHRS – Beynəlxalq Saç Bərpası Cərrahiyəsi Təşkilatı (2007-ci ildən üzvdür)

  • ISHR – İtaliya Saç Bərpası Cəmiyyəti (2010-cu ildən üzvdür)

Bizim İş Kollektivi

Mütəmadi olaraq iş kollektivimiz üçün treninqlər təşkil olunur.

Kollektivin şəkilləri (Xarici Dil və Anatomiya dərslərində)

Bizim Klinika

2006-cı ildə FUE texnikasında istifadə etdiyi tibbi alətləri və transplantların çıxarılması metodunu inkişaf etdirərək,“DES” texnikası adlandırmışdır.(Verilmiş ad 2013-cü ilin noyabr və dekabr aylarında Beynəlxalq Saç Bərpası Cərrahiyəsi Cəmiyyətinin FUE tədqiqatları Komitəsi tərəfindən nəşr olunmuşdur.)

O, 2013-cü ilin mayında Madriddə keçirilən “2-ci Aralıq dənizi FUE Seminarı”nda Fakultənin professor heyətində iştirak etmiş, canlı olaraq FUE əməliyyatı nümayiş etdirmişdir.

O, 2013-cü ilin 23-26 oktyabrında San-Fransiskoda keçirilən “ISHRS-in 21-ci İllik İclasi”nın professor heyətinə müəllim olaraq dəvət olunmuşdur.

 

Doktor həmçinin 13-15 iyun tarixində Brüsseldə keçiriləcək “Avropa Saç Əkimi Seminarında” iştirak etmək üçün Belçikaya dəvət olunmuşdur.

 

O, İtalya Saç Bərpası Təşkilatının 2014-cü il 26-29 iyun tarixində Siciliyada keçirələcək seminarında müəllim kimi iştirak edəcək.

 

© 2013 Asmed tərəfindən yaradılmışdır.

İstənilən suallarınız üçün

Zəng edin: (+90) 216 464 11 11

 
bottom of page